Türkiyə, Avstriya və Azərbaycan (YENİLƏNDİ)
Bu gün dünyada beynəlxalaq yoldaşlıq matçları günüdür. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-dan gecə saat 2-yə qədər dünyanın 70 milli komandası növbəti oyununu keçirəcək. Bu 35 matç arasında Lüksemburq - Azərbaycan görüşündən başqa azərbaycanlı azarkeşləri yaxından maraqlandıran daha 7 qarşılaşma var.
Artıq başa çatan iki görüşdə Azərbaycan klublarının şərəfini qoruyan 7 futbolçu forma geyib. Heyətində Tixon Şişov (XL), Taavi Ryahn, Dmitri Kruqlov və Vladimir Voskoboynikov (“Neftçi”) olan “İnter”in qapıçısı Georgi Lomayanın çıxış etdiyi Gürcüstana 2:1 hesabı ilə məğlub olub.
“İnter”in digər üzvləri - Girts Karlsons və Andreys Rubinsin Latviyası isə Anqola ilə heç-heçə oynayıb – 1:1. Latışların yeganə qoluna Karlsons imza atıb, ötürmənin müəllifi isə yaxınlarda “Simurq”u tərk edən Gennadi Solonitsin olub.
Millimizin rəqibləri arasında qələbə qazanan sonuncu komanda Avstriya olub. Evdə Danimarkaya qalib gələn mərkəzi avropalıların qollarını Şimer və Vallner imza atıblar.
Belçikə və Almaniya yığmaları isə eyni nəticəni göstəriblər. Dik Advokaatın komandası evdə Xorvatiyaya, Yoahim Lövün yetirmələri isə Argentinaya 0:1 hesabı ilə məğlub olublar.
