3 mart 2010 00:54
“Vaqif Sadıqov yığmaya dönə bilməz”
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Vaqif Sadıqovun yığmaya qayıtmaq ehtimalını istisna edib. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində almaniyalı mütəxəssis Sadıqovun bir dəfə seçim etdiyini və geriyə qayıda bilməyəcəyini söyləyib: “O, bir dəfə yığmanı tərk edib və geri qayıtmayacaq. Sadıqov klubda baş məşqçi işləmək istədi və seçimini etdi. O, köməkçi kimi yenidən yığmada ola bilməz”.
