4 mart 2010 13:02
Rail Məlikov: Yaxşı oynamadıq
Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov hesab edir ki, komanda Berti Foqtsun ümidlərini doğrultmayıb. Bu barədə Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir: «Çətin oyun oldu. Yorğunluq özünü büruzə verdi. Buna baxmayaraq, qələbə qazandıq. Amma yaxşı oynaya bilmədiyimizə görə təəssüflənirəm. Baş məşqçinin ümidlərini tam doğrulda bilmədik. Bunun üçün daha çox çalışmalıyıq».
