4 mart 2010 13:25
Türkiyə mətbuatı: Azərbaycan müdafiə olunacaq
Türkiyə mətbuatı AÇ-2012-nin seçmə mərhələsində “ay-ulduzlular”ın rəqiblərindən olan Azərbaycan yığmasının Lüksemburqla keçirdiyi matç barədə danışıb. Azerisport.az Anadoludan olan həmkarlarımızın fikirlərini nəzərinizə çatdırır:
“Azərbaycan Avropanın ən zəif komandalarından biri ilə qarşılaşdı. Hər iki komanda ilk dəqiqələrdən hücuma atıldı, amma Azərbaycan daha təhlükəli görünürdü”
“İkinci hissədə temp bir qədər aşağı düşdü. Oyun əsasən mərkəzdə gedirdi. Demək olar ki, komandalar meydançada özlərini öldürmək istəmədilər. Nəticədə Azərbaycan qələbə qazandı”
“Hondurasla oyunla biz AÇ-2012-nin seçmə mərhələsinin hazırlığına başladıq. Çünki Qazaxıstan, Azərbaycan, Avstriya və Belçika da beləcə müdafiə olunacaq”.
