4 mart 2010 01:34
Foqts futbolçularla ciddi danışacaq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Lüksemburq – Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının oyunundan razı qalmayıb: “Nəticədən razıyam, oyundan yox. Futbolçularım mübarizə apardılar, amma gözəl oyun nümayiş etdirə bilmədilər. Onlarla növbəti toplanışda ciddi danışacam. Topla daha çox oynamalı, sürətli futbol göstərməliyik. Amma cinahlar işləmirdi. Gözlədiyim futbolu göstərə bilmədilər. Birinci qolu müdafiəçilərin kobud səhvindən vurduq. İkinci top gözəl alındı”.
