4 mart 2010 01:41
17 yaşlılar da heç-heçə oynadı
Kiprdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində dünən yoldaşlıq oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Kiprin eyni yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 1:1 hesablı heç-heçə edib. Yığmamızın heyətində Elşən Abdullayev fərqlənib.
