4 mart 2010 01:58
Lüksemburqun baş məşqçisi müdafiəçiləri günahlandırır
Lüksemburq yığmasının baş məşqçisi Gi Eller səhvlərdən şikayətlənib. Azerisport.az xəbər verir ki, çalışdırıcı məğlubiyyətə əsas səbəb kimi müdafiənin zəif oyununu gətirib: “Oyundan razı qaldım. Müdafiədə iki səhvə yol verməsəydik, nəticə də başqa cür olardı. Matçın taleyini də bu həll etdi. Qol vurduqdan dərhal sonra qapımızda ikinci topu görməyimiz də öz təsirini göstərdik. Hesabı bir daha bərabərləşdirməyə çətinlik çəkdik, çünki Azərbaycan futbolçularının səviyyəsi daha yüksəkdir”.
