4 mart 2010 14:07
Baş katib təşəkkür edir
Elxan Məmmədov Lüksemburq və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az AFFA-nın saytına istinadla xəbər verir ki, baş katib qələbədən sevincini gizlətməyib: «Azarkeşlərə qələbə sevinci bəxş etdiklərinə görə komandanın bütün üzvlərinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, keçirilən təlim-məşq toplanışları və yoldaşlıq görüşləri millimizin təcrübəsini artırmaqla yanaşı, daha mübariz oyun nümayiş etdirməyə zəmin yaradacaq».
