4 mart 2010 14:32
Qolban Simurqa niyə gəlib?
“Simurq”un və Moldova yığmasının hücumçusu Aleksandr Qolban Zaqatala klubuna keçidi barədə danışıb. Azerisport.az Qazaxıstan mətbuatına istinadla məlumat verir ki, o, keçidinin səbəbini baş məşqçi faktoru ilə əlaqələndirib: “Vəziyyət belə alındı ki, Qazaxıstan çempionatını tərk etməli oldum. “Simurq”a məni çox yaxşı tanıdığım, vaxtilə Lvov klubunda bir yerdə çalışdığım baş məşqçi dəvət etdi. Buna görə də hər şey yaxşıdır”.
