4 mart 2010 15:20

Mövlud Mirəliyev: Şəmkirdə futbolun olmasını çox istəyirəm

Cüdo üzrə Pekin olimpiadasınn bürünc mükafatçısı, Şəmkir Olimpiya Kompleksinin direktoru Mövlud Mirəliyev azerisport.az-a müsahibəsində Şəmkirdə futbol klubu yaratmaq ideyası barədə danışıb.
 
Böyük idmandan kabinetə gəlmək, Şəmkir Olimpiya İdman kompeksinə rəhbərlik etmək necə hisslərdir?
Təyinatdan sonra bir neçə idman növü üzrə dərnək yaratdıq. İndi cüdo, güləş, karate, üzgüçülük və futbol üzrə dərnəklər fəaliyyət göstərir. Gənclərin diqqətini idmana yönəltməyə çalışırıq. Futbolda 60-a yaxın gənc kompleksin stadionunda məşq keçir.
 
Bəs futbol klubu yaratmaq ideyası necə?
Mən tək heç nə edə bilmərəm. Mənim işim gənc istedadlar tapmaq ola bilər. Faiq Cabbarov gələcək üçün uşaqlar hazırlayır. Uşaqlardan ibarət komanda yaratmaq və həvəskarların çempionatına buraxmaq fikrindəyik. Gənclərin böyük potensialı var. Onları futbolu sevirlər və həvəslə məşqlərə gəlirlər.
 
Şəmkir futbolunun tarixi sizə məlumdur...
Əlbəttə. Cabbarovözü də buradaoynayıb. Ağasəlim Mircavadovun vaxtında “Şəmkir” çox şeyə nail olub, Çempionlar Liqasında mərhələ adlayıb. Komanda həmişə yaxşı futbolçuları ilə seçilib. Niyə indi bu şəhər futbolsuz qalsın? Şəmkirdə futbol komandasının olmasını çox istərdim. Amma tək heç nəyə nail ola bilmərəm.
 
Hər halda, başlanğıc üçün birinci diviziona komanda buraxmaq olar.
Premyer Liqada 12 komanda oynayır. Onlardan 6-sı çempionluq uğrunda mübarizə aparır. Klubların büdcələri milyonlarla ölçülür. Birinci divizionda iştirak etmək üçün də pul lazımdır. Mən uşaq komandası yarada bilərəm. Amma peşəkar klubun sponsora ehtiyacı var.
 
Onlarla heç danışmısınızmı?
Mən sponsorlara necə deyə bilərəm ki, gəlin, klub yaradaq? Sonra deyəcəklər ki, Mirəliyev çox pul istəyir. Kompleksdə uşaqlar üçün futbol dərnəyi qurmuşam. Şəmkirdə həyatını futbola həsr etmək istəyən uşaqların sayı çoxdur. Buna görə də hesab edirəm ki, klubla başqa adamlar məşğul olmalıdır.
 
Ümumiyyətlə, maraqlıdır, olimpiadanın mükafatçısı özü futbolla maraqlanır?
Deyə bilmərəm ki, hər həftə stadionda oluram. Çünki özüm də məşq edir və yarışlara hazırlaşıram. Amma yığma komandanın və ya klubların beynəlxalq oyunları zamanı stadiona getməyə çalışıram. Bizi təmsil edən futbolçuların dəstəyə çox ehtiyacı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.