4 mart 2010 15:30
Sabah AFFA hesabat verəcək
Sabah - martın 5-də, saat 11:00-da, AFFA-nın inzibati binasında AFFA-nın növbəti Konfransı keçiriləcək. Azerisport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Konfransın gündəliyinə maliyyə hesabatının təsdiq olunması, müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatları, növbəti ilin büdcəsinin təsdiq olunması və digər məsələlər salınacaq.
