4 mart 2010 16:20
“Onların topu ilə oynamaq çətin idi”
Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov Lüksemburqla oyunun təşkilatçılığına toxunub. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində futbolçu topdan şikayətlənib: “Rəqib zəif deyildi. Onların topu ilə oynamaq çətin idi. Amma əsas qələbə qazanmaq idi ki, ona da nail olduq. Tarixdə yalnız nəticə qalır”.
