4 mart 2010 16:28
Türkiyədən sonra indi də Azərbaycan Hondurasa qarşı
AFFA rəhbərliyinin yığma komandaya yeni sparrinq-rəqib tapıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, aparılan danışıqlar nəticəsində iyunun əvvəllərində, Avropa ölkələrinin birində millimizin Honduras yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, dünən Honduras millisi ilə Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biri – Türkiyə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
