4 mart 2010 17:03
Mahir daha güclü komanda istəyir
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov azerisport.az-a açıqlamasına bildirib ki, yoldaşlıq oyunlarında da güclü komandalarla üz-üzə gəlmək vacibdir: “Lüksemburqla yox, daha güclü komandalarla oynamalıyıq. Başqa səviyyəyə keçməliyik. Əgər bizi Almaniya ilə matç gözləyirsə, deməli bu səviyyədə rəqiblərlə qarşılaşmaq lazımdır”.
