4 mart 2010 17:30

İkisi dəyməz bir kanala

Bu həftəsonu ölkə kubokunda mübarizə 1/4 finalın ilk oyunları ilə bərpa edilir. Azerisport.az xəbər verir ki, bir-birindən maraqlı dörd qarşılaşmanı nə qədər səbrsizliklə gözləsək də, ölkə futbolunun yayımına cavabdeh olan iki telekanal bizi heç darıxmağa qoymur.
 
Azərbaycanda matçların başlama vaxtını PFL müəyyən edir. Bu, əsasnamədə göstərilib və orada ayrıca qeyd olunub ki, liqa matçların yayım hüququna malik olan telekanalla məsləhətləşəmələr aparmalıdır və ya apara bilər. Bəlkə də cümləni tam düzgün formalaşdıra bilmədik, amma bununla kəlmənin mənası dəyişmədi: AzTV və “İdman Azərbaycan” öz proqramına uyğun olaraq, matçların başlanma vaxtını dəyişdirmək və ya sifariş etmək hüququna malikdir. Lakin keçmiş və de-yure özəl – de-fakto dövlət kanalının çabalamalarına diqqət yetirdikdə belə təsəvvür yaranır ki, TV rəhbərliyi özü də yayım proqramını dəqiq bilmir.
 
Bu, Azərbaycan Televiziyasının köhnə xəstəliyidir və təəssüflər olsun ki, bu xəstəlik tematikası və ünvlanma auditoriyasına görə tamamilə fərqlənən “İdman Azərbaycan”a da sirayət edib.
 
Kanalın fəaliyyət göstərdiyi 1 ildə dəfələrlə “proqram toru”nda dəyişikliklər edildiyinin, bu oyun əvəzinə digər oyun, bir idman növü əvəzinə digər idman yarışından reportajlar hazırladığının şahidi olmuşuq. Bu, yaxşı hal olmasa da, aydındır ki, bu cür aldatmalar telekanalın auditoriyasına təsir göstərə bilməz. Çünki Azərbaycan izləyicisinin alternativ variantı yoxdur. Yəni, məsələn, sambo üzrə ölkə birinciliyini izləmək istəyən şəxs məcburən “İdman Azərbaycan”a çevirməlidir.
 
Amma bu cür “sosial məcburiyyət” kanala idman azarkeşlərinin əsəbləri ilə oynamağa haqq verirmi? Niyə İspaniya futbolunun azarkeşi gecə yarısına qədər “Real”ın oyununu izləmək üçün televizor qarşısında oturmalı, vədə yetişdikdə isə “Roma” – “Livorno” matçını görməlidir?
 
Təəssüflər olsun ki, bu “aldatma siyasəti” kanalın yeganə mənfi cəhəti deyil. Burada şərhçilərlə bağlı, sözün əsl mənasında faciəvi mənzərə gözə çarpır. Şəxsiyyətlərə keçməyəcəyik, çünki bu və ya digər şərhçinin potensialının müəyyən nöqtəyə qədər yetməsi tək onun günahı deyil. Aydındır ki, hər oxuyan Molla Pənah olmaz, amma Qarabağ xanlığının vəziri məhz Molla Pənah Vaqif kimi şəxsiyyətlər olmalıdır. Deməli, kanal rəhbərliyi də müxtəlif yollarla ən yaxşıları bu işə cəlb etməlidir. Bu gün isə biz cəmi bir nəfəri çıxmaq şərti ilə, taktikanı hiss etməyi bir kənara dursun, futbolçuları belə yaxşı tanımayan insanların şərhinə qulaq asmalıyıq. Reportaj aparma metodları isə, sadəcə, unikaldır. Bir misala diqqət yetirək.
 
Bir neçə həftə əvvəl AzTV A seriyasının ən maraq doğuran qarşılaşmasını – “Yuventus”-“Milan” oyununu canlı yayımlayırdı. Bu sətirlərin müəllifi çox tanınmış şərhçiyə yalnız bir hissə dözə bildi. 50-ci dəqiqədə tamamilə alınan televizorun səsi bir də 85-ci dəqiqədə verildi. Və inanmayacaqsınız: ilk yarının böyük hissəsii və ikinci hissədə şərhçi yalnız bu komandalar arasında son 20 ildə keçirilən oyunlarda qeydə alınan statistik məqamları sadalamaqla məşğul idi! Təsəvvür edin ki, o hətta hansı oyunçuların neçənci dəqiqədə sarı vərəqə aldığını da tamaşaçıların nəzərinə çatdırırdı. Bütün bu informasiyanı internetdə asanlıqla əldə etmək imkanı bir kənara qalsın, hər halda, internetə çıxışı olmayan izləyicilər də var. Amma doğrudanmı ölkə ərazisində kifayət qədər tanınan şərhçi hesab edir ki, onun danışdıqları matçı izləyənlərə maraqlıdır? Yox, o belə hesab etmir. Sadəcə, nə İtaliya futbolu, nə “Milan”, nə “Yuventus”, nə də futbolçular barədə heç nə bilmədiyindən, matçın gedişini normal şəkildə şərh etməyi bacarmadığından, bu cür ikinci dərəcəli fəndlərə əl atır. Təəssüflər olsun ki, kanal rəhbərliyi bunu görmür, görsə də reaksiya vermir. Ya da ki, ən kədərlisi: onlar şərhçinin bu “siyasəti”ni bəyənir və belə davam etməsini arzulayır...
 
Cənablar, televiziya eksperiment yeri deyil, bunu başa düşün. Bu gün minlərlə uşaq üçün kumir olan futbol şərhçiləri, aparıcılar, jurnalistlər ağzından çıxan hər kəlməyə diqqət yetirməlidirlər. Yoxsa elə 20 il sonra da belə mətnlər yazılacaq. Onda artıq bu sözlər bu gün yaşı az olan və A seriyasını, Primeronu, “Unibank” Premyer Liqasını uşaq marağı izləyən, 20 il sonra isə özünü televiziyada sınamaq istəyən şəxslərə ünvanlanacaq. Bunun zərərini isə məhz 20 il sonrakı uşaqlar çəkəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.