4 mart 2010 11:30
Kamran Ağayevin zədəsi ağırdır
Lüksemburq yığması ilə dünən səfərdə keçirilən yoldaşlıq oyununun 21-ci dəqiqəsində zədələnərək meydanı tərk edən millimizin qapıçısı Kamran Ağayev bu barədə AFFA-nın saytına məlumat verib. Azerisport.az xəbər verir ki, millimizin qapıçısı nə vaxt sıraya dönəcəyini bilmir: “Ağır zədə aldığımdan oyunu davam etdirə bilmədim. Zədəmin dərəcəsi isə tibbi müayinədən sonra bilinəcək”.
Aldığımız məlumata görə, XL-in qolkiperi qarşıdakı 15 gündə meydana çıxa bilməyəcək və “Qarabağ”la iki oyunu buraxacaq.
