4 mart 2010 12:42
Fərid Quliyev: Şansdan maksimum yararlandım
Lüksemburq - Azərbaycan oyununda millimizin ilk qoluna imza atmış Fərid Quliyev AFFA-nın saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gənc forvard qol vurduğu üçün çox şaddır: «Yaranmış vəziyyətdən maksimum istifadə edib hesabı açdım və bunun üçün çox şadam. Öz üzərimdə daha çox işləyib, çalışacağam ki, mənə göstərilən etimadı tam doğrulda bilim».
