5 mart 2010 14:38
Kubokun da formatı dəyişir
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında növbəti mövsümdən etibarən Azərbaycan Kubokunun formatının dəyişdirilməsi qərara alıb. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, 2010/2011-ci il mövsümündən etibarən Azərbaycan Kubokunun 1/4 final mərhələsinədək komandalar bir oyunda qarşılaşacaqlar. 1/4 və 1/2 final mərhələləri isə iki oyundan ibarət olacaq.
