Nazir ermənilərə əlavə təminat vermir
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ermənistanlı idmançıların Bakıda keçiriləcək güləş üzrə Avropa, boks və qılıncoynatma üzrə dünya çempionatına gəlişi bağlı fikirlərini bölüşüb. Nazir bildirib ki, ermənilərin təhlükəsizliyi ilə bağlı əlaqə təminat verilməyəcək: “Ötən mən Yerevanda, cüdo üzrə Avropa çempionatında olanda qarşı tərəflə məktub-zəmanətlərin yaradılması ilə bağlı qərar gəldik. Məhz bu məktub ermənilər idmançılarının Azərbaycanda, azərbaycanlı idmançıların isə Ermənistanda təhlükəsizliyinin qorunması məsələlərini qaydasına salmalıdır. Buna görə də ermənilər Bakıya səfər etmək istəsələr, təhlükəsizliyə əlavə təminat verməyə ehtiyac görmürük. Yerli KİV-ə də erməni idmançılar və nümayəndə heyətinin üzvləri ilə söhbəti üçün hər hansı qadağa qoyulmayacaq”.
