5 mart 2010 15:48
AFFA Cəlilovu bağışlayır
“Unibank” Premyer Liqasının 21-ci turunda qırmızı vərəqə alaraq, iki oyunluq cəzalanan Tural Cəlilov bu bazar “Olimpik-Şüvəlan”la ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda meydana çıxa biləcək. Azerisport.az assosiayadakı mənbələrinə istinadla xəbər verir ki, bu gün Appelyasiya və Ekspert Komitəsinin iclasında bu məsələyə baxılacaq və “Simurq”un bir neçə gün əvvəl göndərdiyi bağışlanma məktubuna müsbət cavab veriləcək.
