5 mart 2010 16:27
Hafiz Məmmədov premyer liqanın yeni formatı barədə
“Bakı”nın prezidenti və AFFA İcraiyyə Komitəsinin Hafiz Məmmədov üzvü çempionatın reqlamenti ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində futbol funksioneri 10 komandalı çempionat keçirməyi optimal variant hesab edir: “Çempionatın reqlamenti ilə bağlı müzakirələr oldu, amma konkret qərar verilməyib. Mayda bir daha bu məsələyə dönəcəyik. Məncə, 10 komandadan ibarət dörd dövrəli sistem optimaldır. Həm turların sayı çox olacaq, həm də çempionat maraqlı keçəcək”.
