5 mart 2010 17:05

Optimal dəyişikliklər

Bu gün AFFA-nın inzibati binasında assosiasiyanın həyatında çox vacib iki tədbir baş tutdu. Azerisport.az xəbər verir ki, ölkənin əsas futbol funksionerləri növbə ilə əvvəlcə İcraiyyə Komitəsinin iclasında, sonra isə AFFA-nın Konfransında bir araya gəldilər.
 
Günün stenoqramını verməyə ehtiyac duymuruq; artıq bir neçə saatdır ki, saytımızda bununla bağlı kifayət qədər xəbər dərc olunub və qəbul edilən əsas qərarların siyahısı ictiamiyyətin nəzərinə çatdırılıb. Sadəcə, daha vacib olan iki qərara gözucu nəzər yetirək və anlamağa çalışaq ki, bu qərarlar ayrı-ayrılıqda Azərbaycan futboluna nə verəcək.
 
Marketinq XXI əsrdə böyük qüvvədir. AFFA-nın marketinq məsələlərinə birbaşa cavabdeh olan müvafiq şöbəsinin qarşısında duran konkret biznes-plandan xəbərimiz olmasa da, ədalət naminə, assosiasiyanın son illərdə bu sahədə xeyli uzağa getdiyini söyləmək olar. Bu mənada AFFA-nın yeni loqosunun hazırlanması olduqca vacib hadisə idi. Uzaq 1992-ci ildə qəbul olunan və nəyi ifadə etdiyi bilinməyən köhnə loqotipi tənqid etməyən adamlara rast gəlmək çətin idi. Amma yeni emblem həm rənglərinə, həm dizaynına, həm də rəmzlərinə görə müsbət mənada seçilir. Əlbəttə, bu sətirlərin müəllifi kreativ sahəsində peşəkar mütəxəssis deyil və indi oxuduğunuz yazı resenziya sayıla bilməz. Sadəcə, ürəyimizdən yeni loqonu tərifləmək keçdi və tərifləyirik. Alov, üçrəngli Azərbaycan bayrağı, futbol topu və “AFFA” abreviaturası; bundan uğurlu ansambl tapmaq çətindir.
 
Lakin marketinq fəaliyyəti öz yerində, ölkə kuboku uğrunda yarışların reqlamentində edilən dəyişikliklər və premyer liqa ilə müvafiq qərarın bağlı veriləcəyinin gözlənilməsi daha vacibdir. AFFA-nın rəsmi saytı icrakomun yekunları ilə bağlı dərc etdiyi press-relizdə bildirib ki, növbəti mövsümdən etibarən Azərbaycan kubokunun erkən mərhələlərində matçlar bir, 1/4 finaldan başlayaraq isə iki oyunluq sistemlə keçiriləcək. Premyer liqanın yekun formatının təsdiqlənməsinə qədər ölkənin ikinci ən nüfuzlu futbol turnirində edilən dəyişiklikləri nə müsbət, nə də mənfi tərəfə yozmaq mümkün deyil. Çünki əvvəlcə komandaların potensial olaraq, mövsüm ərzində orta hesabla neçə oyun keçirəcəyinə aydınlıq gətirməyə ehtiyac var.
 
AFFA prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov öz açıqlamalarında premyer liqanı 10 komandalı 4 dövrəli formatla keçirmək variantının optimal olduğunu bildiriblər və buna görə də analizə məhz bu perspektivi rəhbər tutaraq başlayaq.
 
10 komanda, 4 dövrə. Bu o deməkdir ki, statusundan və iddasından asılı olmayaraq, hər klub premyer liqada 36 çətin oyun keçirəcək. Bunlardan da maksimum 3 və ya 4-ü, belə demək mümkünsə, mənasız xarakter alacaq. İndi təxminən 6 bərabərsəviyyəli iddialı və 4 bərabərsəviyyəli iddiasız komandanın olduğunu nəzərə alsaq, mübarizənin son tura qədər gedəcəyini proqnozlaşdırmaq mümkündür.
 
Yeni formatla keçiriləcək ölkə kuboku isə mübarizəni yüngülləşdirmək və ya gərginləşdirmək baxımından çempionata demək olar ki, heç nə ilə təsir göstərə bilməyəcək. İlkin mərhələlərdə əsasən aşağı dəstə komandaları mübarizə apardığından iddialılar üçün matçların bir və ya iki oyundan ibarət olmasının heç bir əhəmiyyəti yoxdur. 1/4 və 1/2 final – başqa məsələ.
 
Azərbaycanda “kubok - liqa” bölgüsü sırf nəzəri xarakter daşıyır və sirr deyil ki, klublarımız üçün kubokda uğur qazanmaq çempionatda yaxşı nəticə göstərməkdən az əhəmiyyətli sayılmır. Deməli, məsələn, “Xəzər Lənkəran” və ya “Neftçi” (adlar şərtidir) kimi güclü komandalara kubokun formatının dəyişdirilməsi heç nə vermədi. Onlar onsuz da azı 1/4 finala qədər irəliləyəcəklər və iki oyunluq matçlar keçirəcəklər.
 
Amma icrakomun nəhayət, optimal variant tapması nikbinlik bəxş edir. Azərbaycan kimi kiçik futbol təsərrüfatına malik ölkə üçün 10 normal yüksək liqa klubu kifayət edəcək rəqəmdir. Bu, həm oyunların sayını heç vaxt olmadığı qədər (36) artırır, həm də infrastrukturun inkişafına təkan verir. Sadəcə, bir suala hələ də cavab tapmaq olmur: bu formatdan o formata keçid nə vaxt və necə həyata keçiriləcək? Bu sualın cavabından çox şey asılıdır. Gözləyək....

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.