5 mart 2010 10:58
"Qarabağ - XL oyunu erkən final deyil"
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev ölkə kubokunun 1/4 final mərhələsində “Xəzər-Lənkəran”la ilk qarşılaşma ərəfəsində azerisport.az-a qısa açıqlama verib: “Məncə, XL-lə bir qədər gec qarşılaşmaq daha yaxşı olardı. Bu oyunun erkən final olduğunu deyə bilmərəm, çünki Kubokda digər komandalar da mübarizə aparır. Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
