5 mart 2010 11:33
Premyer Liqanın formatı dəyişilir
Mayda Azərbaycan çempionatının formatının dəyişidirilməsi ilə bağlı bir daha müzakirələr aparılacaq. Azerisport.az xəbər verir ki, bu cür qərar AFFA-nın bugünkü konfransında verilib. Yeni formata əsasən 10 komanda 4 dövrəli sistemlə mübarizə aparacaq, kubok oyunları isə bir matçda keçiriləcək. Yeni sistemin nə vaxtdan tətbiq olunacağı hələ dəqiq deyil. Böyük ehtimalla bu formata 2011/2012 mövsümündən keçiləcək.
