5 mart 2010 00:08

Mahir Şükürov: Spartakla oyuna hazıram

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov azerisport.-az-a müsahibə verib.
 
 
Lüksemburqla oyundan təəssüratlarınızı bilmək maraqlı olardı.
Təəssüratlarım ziddiyyətlidir. Qalib gəldik, amma oyunumuz tam alınmadı.
 
Deməli, Berti Foqts futbolçuların onun ümidlərini doğrultmadığını bildirəndə həqiqəti deyib?
Tamamilə. Öz oyunumu bəyənmədim. Çox səhvlər buraxırdım.
 
Səbəb nədir? Yol yorğunluğu?
Yox. Səbəb başqadır. İş orasındadır ki, “Anji”də bir qədər başqa mövqedə çıxış edirəm. Omari Tetradze məni müdafiədə görür, Foqts isə bütün cinah boyu oynamağımı istəyir. Uyğunlaşmaq bir qədər çətindir. Amma çalışıram, çünki həm klubda, həm də yığmada oynamaq istəyirəm.
 
Yeri gəlmişkən, baş məşqçi sizin heç də pis formada olmadığınızı söyləyib.
“Anji”də artıq tam sürətlə Rusiya çempionatına hazırlaşırıq. İlk oyunda Nalçik “Spartak”I ilə görüşürük. Qafqaz derbisi. Bu oyunu səbrsizliklə gözləyirəm. Amma ondan əvvəl bizi azarkeşlərlə görüş də gözləyir.
 
“Anji”yə tam öyrəşə bilmisinizmi?
Son 4 yoxlama görüşündə 90 dəqiqə oynamışam. Deməli, bu istiqamətdə irəliləyiş var.
 
Yığmamız AÇ-2012-nin seçmə mərhələsini Almaniya və Avstriya ilə səfər, Türkiyə ilə isə ev oyunları ilə start verir. Bu, ən çətin başlanğıcdır?
Daha asan variantlar fikirləşmək mümkündür, amma onsuz da hamı ilə əvvəl-axır görüşməliyik. Ötən seçmə mərhələdə göstərdik ki, güclü komandalarla bərabər səviyyədə mübarizə apara bilərik. Yalnız bir dəfə böyük hesabla yenildik, onda da müəyyən amillərin təsiri oldu.
 
Kamran Ağayev dizini tutub yerə yıxılanda ağlınızdan nə keçdi?
Mənə elə gəldi ki, o ciddi zədə aldı. Amma sonra zədənin yüngül olduğunu öyrəndik. İstənilən halda, indi zədələr lazım deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.