5 mart 2010 00:16
AFFA rəhbərliyi yığmadan narazı qalıb
“Yığmamız yeni səviyyəyə qalxmalıdır. Ən azı bunun üçün çalışmalıdır. Bu, tək milli komandadan asılı deyil. Hamı bu hədəf üçün işləməlidir” – azerisport.az xəbər verir ki, bu sözləri müxbirimizlə söhbətdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev deyib. Futbol funksioneri son matçda Azərbaycan yığmasının oyunundan narazı qaldığını da əlavə edib: “Lüksemburqda quru futbol sərgilədik, mübarizə və əzm gözə dəymirdi. Belə oyunla rəsmi matçlarda çox çətin olacaq. Amma hər halda, qələbə qazandığımıza görə sevinciliyəm”.
