5 mart 2010 00:50
Bakının sabiq oyunçusu proqnoz vermir
Vaxtilə “Bakı”da çıxış etmiş, indi isə “Standard”ın şərəfini qoruyan Fərid Quliyev indiki və sabiq komandalarının qarşıdan gələn duelinə proqnoz verməkdən çəkinib. Azerisport.az xəbər verir ki, bununla belə, gənc forvard cütün taleyinin elə birinci oyunda həll olunacağını deyib: “Məncə, hər şey Tofiq Bəhramov adına stadionda həll olunacaq. Bu matçdan sonra ya “Standard”, ya da “Bakı” yarımfinal vəzifəsinin öhdəsindən böyük ölçüdə gələcək. Dəqiq kim? Cavab verməyə çətinlik çəkirəm”.
