6 mart 2010 19:49
Cəlilov bağışlandı
Apellyasiya və Ekspert Komitəsinin iclasında “Simurq” tərəfindən futbolçu Tural Cəlilova qarşı tətbiq edilmiş cəza ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb və müvafiq qərar qəbul edilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Cəlilov “Olimpik-Şüvəlan”la ölkə kubokunun sabahkı matçında meydana çıxa biləcək.
