6 mart 2010 20:15
“Mərhələni biz adlayacağıq”
“Standard”ın baş məşqçisi Böyükağa Hacıyev “Bakı” ilə görüşdən sonra nikbindir. Azerisport.az xəbər verir ki, mütəxəssis rəqib Sumqayıtda qalib gəlib mərhələ adlayacaqlarını söyləyib: “Fərid Quliyev əlinə düşən imkandan yararlansaydı, biz qalib gələrdik. Amma eybi yox, Sumqayıtda “Bakı”nı məğlub edəcəyik. Mərhələ adlayan tərəf biz olacağıq”.
