6 mart 2010 21:09
XL qapıçısız qalıb
Sabah Quzanlıda Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la görüşəcək XL səfərə ciddi itkilərlə çıxıb. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, milli komandanın düşərgəsində zədələnən komandanın əsas qapıçısı Kamran Ağayev, bərpa prosesi keçən digər qapıçı Zabit Səfərov, həmçinin sındığı əlində ağrılar hiss edən yarımmüdafiəçi Dieqo Qusmao komanda ilə səfərə yollanmayıblar. Sabahkı oyunda “Xəzər”in qapısını Dmitri Kramarenko qoruyacaq.
