7 mart 2010 16:52

İnter Neftçini biabır etdi, Qarabağ Quzanlıda qalib oldu (YENİLƏNDİ)

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsin çərçivəsində daha 3 matç keçirildi. Azerisport.az xəbər verir ki, “Simurq” Zaqatalada “Olimpik-Şüvəlan”ı, “Qarabağ” Quzanlıda “Xəzər Lənkəran”ı, “Neftçi” isə “İnter”i qəbul etdi.
 
Dünən artıq bir oyun keçirilb. Tofiq Bəhramov adına stadionda “Standard”la qarşılaşan “Bakı” uzun müddət hesabda irəlidə olsa da, qələbəni qoruyub saxlaya bilməyib. Qonaqların futbolçusu Amiran Muciri hesabı bərabərləşdirib və sumqayıtlıların mərhələ adlamaq şanslarını artırıb.
 
Nəzərinizə çatdıraq ki, “Bakı” – “Standard” cütünün qalibi yarımfinalda “Neftçi” – “İnter” cütünün ən güclüsü ilə görüşəcək. Digər yarımfinalda isə “Simurq” – OŞ və “Qarabağ” – XL cütlərinin qalibi görüşəcək.
 
***
Böyük maraq doğuran matçda artıq hesab açılıb. “Qarabağ” – XL görüşündə qonaqlar ilk dəqiqələrdə təhlükəli hücumlar təşkil etməyə başladılar və bunun məntiqi nəticəsi kimi fərqlənməyi bacardılar. Lənkəranlılar yeni hücumçusu Emeka Opara qüvvətli zərbə ilə Fərhad Vəliyevi təslim etdi. Bundan sonra “Qarabağ” irəli atılsa da, fasiləyə qədər ciddi qol imkanı qazanmayıb.
 
İkinci hissəyə əzmlə başlayan "Qarabağ" artıq hesabı bərabərləşdirib. Rəşad Sadıqov yenə cərimə zərbəsini dəqiq yerinə yetirib.
 
Son dəqiqələrə qədər rəqibi güclü təzyiq altında saxlayan "Qarabağ" son saniyələrdə qələbə topunu vura bildi. XL-in albaniyalı müdafiəçisi Begirinin kobud səhvindən istifadə edən həmyerlisi Teli dəqiq zərbə ilə ağdamlılar qalibiyyət gətirib. "Qarabağ" - XL 2:1
 

 “Neftçi” – “İnter” görüşündə qonaqlar qalib gəldilər - 3:0. Qonaqların hücumçusu Poşkus 46-cı dəqiqədə fərqləndi. 73-cü dəqiqədə "bankirlər" daha bir dəfə fərqləniblər. Müdafiənin kubod səhvindən istifadə edən Odikadze komandasını bir qədər də rahatladıb. Son dəqiqələrdə qonaqlar mərhələ məsələsini həll ediblər. Poşkus bir daha fərqlənib: "Neftçi" - "İnter" 0:3.

Digər qarşılaşmada – “Simurq” – OŞ görüşündə hesab açılmayıb.

Cavab oyunların martın 16-17-də keçiriləcək.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.