7 mart 2010 18:28

Mircavadov Qurbanova nə dedi?

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında "Qarabağ" "Xəzər Lənkəran"a qalib gəldi (2:1),"Neftçi" "İnter"ə yenildi (0:3), "Simurq" Zaqatalada "Olimpik-Şüvəlan"la heç-heçə (0:0) oynadı.
 
Azerisport.az komandaların baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:
 
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Hava şəraiti hər iki komandaya baxımlı oyun nümayiş etdirməyə imkan vermədi. Buna baxmayaraq, azarkeşlər üç qolun şahidi oldu. Kubokda iki oyun olur, ona görə də Lənkəranda bizi çox çətin cavab qarşılaşması gözləyir. "Qarabağ"la "Xəzər Lənkəran" arasında oyunlar həmişə gərgin mübarizə ilə yadda qalıb. Lənkəranda keçiriləcək cavab oyunu daha maraqlı olacaq".
 
Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bildiyiniz kimi, kubok iki oyundan ibarətdir, qarşıda hələ cavab oyunumuz var. Külək və meydançanın pis vəziyyətdə olması hər iki komandaya gözəl oyun göstərməyə imkan vermədi. Komandalar mübarizə apardı, amma futbol görmədik. İndi bütün diqqətimizi martın 12-də keçirəcəyimiz oyuna yönəltmişik".
 
Arif Əsədov, "Neftçi" klubunun baş məşqçisi: "Oyuna ciddi hazırlaşmışdıq, meydana qələbə üçün çıxmışdıq. İlk hissədə üstünlük bizdə olsa da, əldə etdiyimiz imkanlardan istifadə edə bilmədik. Futbolun yazılmayan qanunu var - vurmayana vurarlar. Buraxdığımız ilk qol komandaya pis təsir etdi, futbolçular mənəvi cəhətdən "sındılar". Futbolçularımız fiziki cəhətdən də rəqibə uduzdular. Qarşıda cavab oyunumuz var, "İnter"i qələbə münasibəti ilə təbrik edirəm".
 
Kaxaber Tsxadadze, "İnter" klubunun baş məşqçisi: "Hesaba baxmayaraq, oyun gərgin keçdi. Əldə etdiyimiz imkanlardan maksimum istifadə etdik. İlk oyunu səfərdə keçirdiyimiz üçün müdafiədə diqqətli oynayıb, hücumda imkanlardan faydalanmalıydıq. Futbolçularım verilən bu tapşırığın öhdəsindən gələ bildi, onları təbrik edirəm. Bu qarşılaşmanı unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq".
 
Roman Pokora, "Simurq" klubunun baş məşqçisi: "Bugünkü oyunda qalib gəlmək istəyirdik. Təəssüf ki, qol vura bilmədik. Amma buna baxmayaraq, futbolçularımın göstərdiyi oyundan razı qaldım. Komandadan gedən legionerlərin səviyyəsi daha üstün idi".
 
Nazim Süleymanov, "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi: "Kubokun ilk oyununda qələbə qazanıb, cavab oyunu üçün əlverişli nəticə əldə etmək istəyirdik. Həm müdafiədə, həm də hücumda bir sıra səhvlərimiz oldu. Qalib gələ bilmədiyimiz üçün təəssüf edirəm".
 
PFL

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.