7 mart 2010 23:46
Cavadov yenə liderdir
Bu gün Hollandiya çempionatında 26-cı turun oyunları olub. Azerisport.az xəbər verir ki, Vaqif Cavadovun komandası “Tvente” “Vaalveyk”lə görüşüb və 1:0 hesablı qələbə ilə yenidən turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Zədəsini yenicə sağaldan həmyerlimiz meydançaya çıxmayıb.
