7 mart 2010 23:58
Ponomaryov komandasına kömək edə bilmədi
Türkiyə Bank Asiya 1-ci liqasında bu gün 25-ci turun görüşləri keçirilib. Anatoli Ponomaryovun komandası – “Orduspor” səfərdə “Bucaspor”la görüşüb. Azerisport.az xəbər verir ki, ordulular birinci hissədən sonra 2:0 hesabı ilə öndə olsalar da, yekun nəticədə məğlub olublar – 2:3. Ponomaryov 90 dəqiqə meydançada olub.
