8 mart 2010 01:24
Juninyo: Bir neçə dəfə girib nəticələrə baxdım
Azerisport.az və oxucularının versiyasına görə, fevral ayının ən yaxşı futbolçusu Junior Osvaldo Martins və ya sadəcə, Juninyo sorğuda qalib gələcəyinə inanmayıb.
“Dostlarım mənə xəbər verdi ki, sizin saytınız sorğu keçirir. Özüm də bir neçə dəfə girib nəticələrə baxdım və gördüm ki, liderəm. Amma düzü, sona qədər birinci yeri saxlayacağıma inanmırdım” – müxbirimizlə söhbətdə braziliyalı futbolçu belə deyib.
