8 mart 2010 16:00
Birinci divizionda dava-dalaş!
Dünən Azərbaycan çempionatının birinci divizionunda 12-ci turun oyunları baş tutub. Azerisport.az xəbər verir ki, ötən mövsüm premyer liqa tərk edən Bakı təmsilçiləri – MOİK və “Bakılı”nın oyununda (3:2) insident yaşanıb. Matçdan sonra hər iki klubun nümayəndələri arasında dava-dalaş olub. Polis işə qarışandan sonra insident yatırılıb.
