8 mart 2010 16:21

Juninyo: Öz oyunumuzu göstərsək, bizə heç kim qalib gələ bilməz

Azerisport.az oxucularının versiyasına görə, Azərbaycanda fevral ayının ən yaxşı futbolçusu adını qazanan “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Junior Osvaldo Martins müxbirimizin suallarını cavablandırıb.
 
 
Sorğunun qalibi adını qazanmanız münasibəti ilə sizi təbrik edirik!
Çox sağ olun ki, futbol böyük diqqət ayırırsınız. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Sevincimi gizlətmirəm. Bu mənə və mənim komandama çox böyük hədiyyədir.
 
Qalib gələcəyinizi gözləyirdiniz?
Dostlarım mənə xəbər verdi ki, saytınız sorğu keçirir. Bir neçə dəfə sayta daxil oldum və nəticələrlə maraqlandım. Gördüm ki, liderəm. Amma, düzü, birinci yeri sona qədər əlimdə saxlayacağıma inanmırdım. Yekun nəticədə qalib gəldiyimi sizdəm eşitdim.
 
Sorğunun nəticələrinə görə böyük fərqlə güclü futbolçuları, məsələn, “Neftçi”nin hücumçusu Adrian Nyaqanı qabaqladınız.
Nyaqa Azərbaycanda çıxış edən ən təcrübəli legionerlərdən biridir. Ona qarşı oynamışam və nəyə qadir olduğunu bilirəm. Çox yaxşı futbolçudur və öz komandası üçün hər şey etməyə hazırdır. Fikrimcə, Nyaqa da namizədlər arasına düşdüyü üçün fevral ayında seçilib.
 
Sorğuda həmçinin Rəşad Sadıqov və Xaqani Məmmədovun da adları var idi...
Sadıqovu tanıtmağa gərək yoxdur. Yığmanın kapitanı və “Qarabağ”ın güclü müdafiəçisi. Onun oyununu bəyənirəm. Xaqani də fevral ayında bir neçə vacib qol vurub. Demək olar ki, hər oyunda fərqlənib. Məhz mənim qalib gəlməyimin səbəbini oxuculardan öyrənin. Onlar daha yaxşı bilirlər.
 
Sizi çempionatda və kubokda gərgin oyunlar gözləyir. Nə deyə bilərsiniz?
“Qızıl dubl” etmək istəyirik. Buna görə də kubokda “Qarabağ”ı keçməliyik. “Xəzər Lənkəran” öz oyununu göstərsə, ona qalib gəlmək mümkün deyil.
 
Əgər seçim etməli olsanız, nəyi götürərsiniz? Kubok, ya çempionluq?
Lazım gəlsə, seçim edərik. Mən çempionluq və kuboku götürərəm (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.