8 mart 2010 20:42
Abışovun keçidi baş tutmadı
“Neftçi”nin və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun Norveçin “Valerenqa” klubuna keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, iki klub arasına gedən danışıqlar müsbət nəticələnməyib. Yayda bir daha bu məsələyə dönüləcəyi istisna deyil.
