8 mart 2010 20:53
“Kamranın tezliklə sıraya dönməsini istəyirik”
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Juninyo komandanın əsas qapıçısı Kamran Ağayevin zədələnməsinə üzülür.
“Dmitri Kramarenko kimi qapıçımız var. Onunla özümüz rahat hiss edirik. Amma Kamranın da tezliklə sıraya dönməsini istəyirik. Mövsümün sonudur, bizi çətin oyunlar gözləyir. Hər bir futbolçu indi komandaya lazımlıdır” – azerisport.az-ın müxbiri ilə söhbətində Juninyo belə deyib.
