8 mart 2010 00:02
Valerenqanın meneceri: Ruslan Abışov güclü müdafiəçidir
Azerisport.az-ın xəbər verdiyi kimi, bu gün Norveçin “Valerenqa” klubunun skautlarından biri – Qlen Şiller Ruslan Abışovun oyununu izləmək üçün “Neftçi“ – “İnter” görüşündə olub.
“Abışovun oyununu birinci dəfə idi ki, canlı izləyirdim. Buna qədər əsasən disklərə baxmışdım. O, çox yaxşı müdafiəçidir və inamlı oynayır. Onda güclü müdafiəçilərə xas sərbəstlik var” – müxbirimizlə söhbətində Şiller belə deyib.
