9 mart 2010 13:45
“Saşanın transferini unutmaq olar”
Norveçin “Hauqesun” klubu artıq Saşa Yunisoğlunun xidmətlərində maraqlı deyil. Bu barədə azerisport.az-ın müxbirinə klubun idman direktoru Aysborn Halqeland xəbər məlumat verib.
“Lüksemburqla oyuna baxdım. Oyun səviyyəsi pis deyil, amma bəzən sürəti çatmırdı. Bizim oyun stilimizə uyğun gəlmir. Onun “Hauqesun“a keçidini artıq unutmaq olar” – Halqeland belə deyib.
