9 mart 2010 14:01
Rəşad Sadıqov: XL üzərində üstünlüyümüz cüzidir
Azərbaycan yığmasının və “Qarabağ”ın liderlərindən biri Rəşad Sadıqov “Xəzər Lənkəran”la son oyun və “Unibank” Premyer Liqasının start götürməkdə olan final mərhələsinin matçları ilə bağlı fikirlərini bölüşüb.
“Birinci hissədən sonra hesabın 2:1 olmasını daha çox istərdim. Düzdür, yekun nəticədə qələbə qazandıq, amma indi anlayırıq ki, üstülüyümüz cüzidir. Lənkəranda çox çətin olacaq. Çempionatın final mərhələsinin oyunlarını da səbrsizliklə gözləyirəm. Hər oyun turnir cədvəlinə öz təsirini göstərəcək” – azerisport.az-ın müxbiri ilə söhbətində Sadıqov belə deyib.
