9 mart 2010 14:18
Yığmanın müdafiəçisi sıradan çıxıb
"Simurq"la oyun öncəsi “Karvan”ın heyətində bir itki var. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, zədəsi davam edən yığmanın müdafiəçisi Ernani Pereyranın cümə günü keçiriləcək oyunda meydana çıxması sual altındadır. Qasıq nahiyəsində ağrıları olan braziliyalı futbolçu haqqında son qərar oyun günü veriləcək.
