9 mart 2010 14:45

Rəşad Sadıqov: ...Bu, Azərbaycanda futbolun inkişaf etmədiyini deyənlərə cavabdır

Azərbaycan yığmasının kapitanı və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadlqov azerisport.az-a müsahibə verib.
 
 
 
Bir neçə Norveç klubu sizinlə maraqlanır.
Bəli, mənə Skandinaviyadan müraciət olunub və təklif göndərilib. Amma klubların adlarını dəqiq bilmirəm. Menecer zəng vurmuşdu.
 
Konkret sizə nə təklif olunub?
İş orasındadır ki, Norveç çempionatı tezliklə başlanır. Onlar istəyirlər ki, start ərəfəsində ora keçim. Amma mən başa saldım ki, “Qarabağ”la müqaviləm var. Məsələn, Qurban Qurbanov mayın sonuna qədər komandada qalmağımı istəyir. Çünki qarşıda bizi çətin matçlar gözləyir.
 
Deməli, keçidiniz baş tutmayacaq?
İndi konkret heç nə demək olmaz. Hər şey yaxın günlərdə məlum olacaq. “Qarabağ” rəhbərliyi ilə danışmaq lazımdır.
 
Özünüz Norveçə keçmək istərdinizmi?
Düzü, hələ yekun qərarı verməmişəm. Orada tam başqa iqlim var. Avqustda “Rusenborq”a qarşı oynayanda orada hava sərin idi. Daha soyuq aylarda havanın necə olduğunu təsəvvür etmək olar. Mən həmişə xarixi klublardan təkliflərə çox ehtiyatlı yanaşıram. Məsələn, Vaqif Cavadovu nə Rusiyaya, nə də Türkiyəyə buraxmırdım.
 
Niyə?
Çünki Rusiyada da hava soyuqdur, Ukraynada da. Norveçi də bu kateqoriyaya aid etmək olar. Türkiyəyə gəlincə, orada futbolçudan çox şey tələbə edirlər və böyük göstərirlər. Vaqif optimal seçim etdi; Hollandiya onun özünü yaxşı tərəfdən göstərəcəyi ölkədir.
 
Norveçlilər sizdən başqa Ruslan Abışov və Rail Məlikovla da maraqlanırlar. Onlarla bu barədə danışmısınızmı?
Ruslana həm insan, həm də futbolçu kimi böyük simpatiyam var. Onun dəstəyə ehtiyacı var. Özünə dedim ki, Norveçə keçməmişdən əvvəl bir qədər düşünsün. O bu ölkəyə tramplin kimi baxır. Raillə isə danışmamışam. Çünki onunla maraqlandıqlarını eşitməmişəm.
 
Bizə - jurnalistlərə xarici kluba keçmək ehtimalı olan futbolçularla söhbət etmək çox xoşdur...
Bu, Azərbaycanda futbolun inkişaf etmədiyini deyənlərə daha bir cavabdır. Əgər bu gün bir neçə futbolçumuzla Avropa klubları maraqlanırsa, bu artıq nəsə deməkdir. Əvvəl bizə kim zəng edirdi, maraqlanırdı?
 
Sözlərinizdən belə başa düşmək olur ki, Norveçə köçmək ehtimalınız yüksək deyil.
Orada tam başqa futbol oynayırlar. Biz öyrəşmədiyimiz futbol. Oraya, Skandinaviya futbol üslubuna uyğunlaşa bilib-bilməyəcəyimiz böyük sual altındadır.
 
Amma əgər menecerlər sizinlə maraqlanırsa, deməli nə etdiklərini bilirlər.
Razıyam. Bununla belə, sona qədər fikirləşmək lazımdır.
 
Seçim imkanı olsa, haranı seçərsiniz? Türkiyə, yoxsa Norveç?
Əlbəttə ki, Türkiyəni.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.