9 mart 2010 15:57
Rail Məlikov: Qisas üçün yaxşı imkan var
“Neftçi”nin müdafiəçisi Rail Məlikov “İnter”dən qisas almaq əzmindədir.
“Özüm də inana bilmirəm ki, “İnter”ə 0:3 hesabı ilə məğlub olmuşuq. Bu, belə demək mümkünsə, sürpriz oldu. Cavab oyununda bu nəticənin təsadüfi olduğunu sübuta yetirməliyik. Maraqlıdır ki, bu həftəsonu da “İnter“ Premyer Liqa çərçivəsində qarşılaşırıq və qisas üçün yaxşı imkan var. Əks halda, artıq azarkeşlərin bizim haqqımızda nə fikirləşəcəyini bilmirəm” – Azerispot.az-a müsahibəsində Məlikov belə deyib.
