9 mart 2010 17:05
AFFA regionlara da diqqət ayırmağa başlayır?
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Regional Futbol Federasiyalarının prezidentləri ilə görüş keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüşdə regionlarda futbolun kütləviliyinin təmin olunması, inkişafı və təbliğatının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra layihələr müzakirə olunub və yeni fəaliyyət proqramı müəyyənləşib.
