Anderlextin sabiq futbolçusu Azərbaycanda oynamaq istəyir
Hazırda karyerasını Lüksemburqun ən məşhur klubu “Düdelanj”da davam etdirən 26 yaşlı Yasin Karaca Azərbaycan klublarından birinə keçməyə hazırdır. Azerisport.az xəbər verir ki, o bu sözləri bir müddət əvvəl Lüksemburqda ezamiyyətdə olan Azerisport.com-un müxbiri ilə söhbətdə deyib. Belçikada doğulan, karyerası ərzində “Anderlext”, “Vesterloo”, “Oostende”, “Tübiz” (hamısı Belçika), “De Qraafshap” (Hollandiya), “Etnikos” (Yunanıstan), “Akçaabat Sebatspor”, “Türk Telekomspor”, “Sivasspor” (hamısı Türkiyə) klublarının şərəfini qoruyan Karacanın əslən azərbaycanlıdır; onun valideynləri Türkiyənin İğdır bölgəsində doğulub. Futbolçu qardaş ölkənin aşağı yaş qruplarından ibarət yığma komandalarında da forma geyib.
“Azərbaycan çempionatının son vaxtlar xeyli inkişaf etdiyi bilirəm. Orada oynamağa hazıram” – deyə Yasin Karaca bildirib.
