10 mart 2010 01:15
Berdıev Araz Abdullayevdən danışdı
“Rubin”in baş məşqçisi Qurban Berdıev komandasının növbəti Rusiya çempionatına hazırlığından və həyata keçirilən transferlərdən danışarkən, həmyerlimiz Araz Abdullayevin perspektivlərinə də toxunub. Azerisport.az Rusiya mətbuatına istinadla xəbər verir ki, təcrübəli məşqçi futbolçumuz barədə qəti qərarın verilmədiyini deyib: “Söhbət 17 yaşlı gənc oğlandan gedir. Onu baxışa çağırdıq, əvəzedici heyətlə məşq etdi. Qəti bir söz deyə bilmərəm, amma hər halda, o, “Rubin”in həlledici transferi deyil”.
