10 mart 2010 15:01
Final mərhələsi cümə günü start götürür
Bu həftə Unibank Premyer Liqasının final mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, matçların başlanma vaxtı məlum olub:
12 mart (cümə)
"Xəzər Lənkəran" - "Qəbələ"
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:00
"Bakı" - "Qarabağ"
T.Bəhramov adına Respublika stadionu. Saat 14:00
"Simurq" - "Karvan"
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00
"Olimpik-Şüvəlan" - "Standard"
"Şəfa" stadionu. Saat 15:00
13 mart (şənbə)
"İnter" - "Neftçi"
"Şəfa" stadionu. Saat 16:00
"Turan" - "Muğan"
Tovuz şəhər stadionu. Saat 15:00
Nəzərinizə çatdıraq ki, klubların qarşılıqlı razılığı əsasında “Bakı” ilə “Qarabağ” arasında ilk oyun paytaxtda keçiriləcək.
