10 mart 2010 15:17
Yığma Kipr klubuna qalib gələ bilmədi
Kiprdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla məlumat verir ki, yığmamız «Paleklesai» klubunun nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Oruc Balaşlı və Bəxtiyar Məsiməliyev fərqləniblər.
